
Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının
Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxracı İdarəsinin ixracdan əldə
etdiyi gəlirlər 2,6 milyon ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, bu barədə İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın
mart nəşrində bildirilir.
Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac
əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil
olunublar: “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “Azəralüminium”
MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac
İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC,”SOCAR-DALĞIC”
MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti, “İstisu” mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti,
eləcə də “Qaradağ Şüşə Zavodu” ASC.

