Bakı. Trend:
İran pilotsuz uçuş aparatı Bəhreynin “Bapco Energies” neft və
qaz şirkətinin yanacaq çənlərindən birinə zərbə endirib.
Trend-in məlumatına görə, bu barədə şirkətin açıqlamasında
bildirilib.
Məlumata əsasən, zərbə nəticəsində yaranan yanğın
söndürülüb.
“[Hücum] anbarlardan birində yanğınla nəticələnib, xəsarət alan
olmayıb. Yanğın tamamilə söndürülüb və vəziyyət hazırda nəzarət
altındadır. Hazırda dəymiş ziyanın qiymətləndirilməsi aparılır”, –
deyə qeyd edilib.

