Hollandiyada partlayış baş verib

Baş səhifə

Bakı. Trend:

Hollandiyanın şərqində, Qelderland əyalətinin Neykerk şəhərində
yerləşən “İsrail üçün Xristianlar” təşkilatının binasının
yaxınlığında partlayış baş verib.

Trend xəbər verir
ki, bu barədə “De Telegraaf” qəzeti məlumat yayıb.

Hadisə cümə günü, 3 aprel, yerli vaxtla təxminən saat 23:30-da
baş verib. Partlayışın episentri ehtimal ki, təşkilatın
ərazisindəki hasarın yaxınlığında olub.




Yəhudi mərkəzinin ətrafı mühasirəyə alınıb, təcili yardım
xidmətləri hadisə yerində fəaliyyət göstərir. Polis araşdırmaya
başlayıb, lakin itkilər barədə dərhal məlumat verilməyib.

Qeyd edək ki, “İsrail Xristianları Təşkilatı” 1980-ci ildə dini
fəal və ictimai xadim Karel van Oordt tərəfindən təsis olunub və
bir neçə onillik ərzində əsasən protestantlara yönəlmiş informasiya
mərkəzi kimi fəaliyyət göstərib.