Britaniyada lotereya qalibi 10,6 milyon funt uduşu götürmədiyi üçün itirib

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyada lotereya qalibi ona düşən 10,6 milyon
funt-sterlinq (təxminən 14 milyon dollar) məbləğində uduşu vaxtında
götürmədiyi üçün bu hüquqdan məhrum olub.

Trend “The
Guardian” nəşrinə istinadən xəbər verir ki, bu barədə milli
lotereyanın operatoru olan “Allwyn” şirkəti məlumat yayıb.




Şirkətin baş məsləhətçisi bildirib ki, London yaxınlığındakı
Beksli bölgəsindən olan qalibi tapmaq üçün geniş axtarışlar
aparılsa da, nəticə əldə olunmayıb: “Təsdiq edə bilərəm ki, bilet
sahibi uduşunu götürmək üçün müraciət etmədi və təəssüf ki,
həyatını kökündən dəyişə biləcək bu böyük məbləği itirdi”.

Qeyd edək ki, sözügedən uduş ötən il oktyabrın 4-də keçirilmiş
tirajda oynanılıb. Qanunvericiliyə əsasən, qalibin pulu tələb etmək
üçün 180 gün vaxtı var idi. Bu müddət başa çatdığından vəsait
qaydalara uyğun olaraq xeyriyyə məqsədlərinə yönəldiləcək.