Ukraynanın “Vorskla” klubu peşəkar yarışlarda iştirak hüququnu itirib

Baş səhifə

Bakı. Trend:

Ukrayna təmsilçisi “Vorskla” (Poltava) 2026/2027-ci illər
mövsümü üçün peşəkar klub lisenziyası əldə edə bilməyib.

Trend-in
məlumatına görə, bu barədə Ukrayna Futbol Assosiasiyasının
Attestasiya Komitəsi qərar qəbul edib.




Məlumata əsasən, klub növbəti mövsümdə peşəkar statusla
yarışlarda iştirak etmək hüququ qazanmayıb. Həmçinin komanda
rəhbərliyi cari çempionatın keçid oyunlarında iştirak etməmək
barədə qərar verib. Bu isə faktiki olaraq klubun peşəkar statusunu
itirməsi anlamına gəlir.

Bildirilir ki, “Vorskla”nın yeni rəhbərliyi təşkilati və
idarəetmə məsələlərini nizama saldıqdan sonra 2027/2028-ci illər
mövsümündə yarımpeşəkar status daşıyacaq yeni yaradılan Üçüncü
Liqada iştirak etmək üçün müraciət etməyi planlaşdırır.