ABŞ Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini başa çatdırıb

Baş səhifə

“ABŞ ordusu Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini mina təmizləyən gəmilərindən istifadə etməklə başa çatdırıb”.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, ABŞ və İran razılığa gələrsə, Hörmüz boğazı dərhal açılacaq.

“Boğaz dərhal açılacaq və biz mina təmizləmə əməliyyatlarının əksəriyyətini başa çatdırmışıq. Bizim yüksək texnologiyalı mina təmizləmə gəmilərimiz var”, – Tramp bildirib.