Tramp Putin və Zelenski arasında görüş ideyasını dəstəkləyib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Volodimir Putin və
Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün yaxşı fikir
olduğunu bildirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə
deyib.

“Düşünürəm ki, görüşsəydilər, əla olardı. Bunu etməlidirlər”, –
deyə o bildirib.




ABŞ prezidenti həmçinin Moskva və Kiyevin sülhə nail olmaq üçün
güzəştə gedəcəkləri fikrini də bildirib.

“Onlar kompromislərə gedəcəklər. Mən bu kompromisləri təklif
etmişəm. Və bildiyiniz kimi, bizim bu prosesdə böyük rolumuz var”,
– deyə D.Tramp bildirib.

O əlavə edib ki, “bunlar iki inanılmaz ölkədir, gözəl ölkələrdir
və onlar dayanacaq”.