
Bakı. Trend:
İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə
Buşehr Atom Elektrik Stansiyasını yoxlamağa icazə verib.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Agentliyin məlumatına görə, yoxlama iyunun 1-dən 3-dək
aparılıb.
Eyni zamanda, qeyd edilir ki, BAEA İrandan elan etdiyi nüvə
materialı ilə bağlı heç bir məlumat ala bilməyib.
BAEA müfəttişlərinə nüvə materialının saxlanıla biləcəyi
obyektlərə giriş icazəsi verilməyib.

