
Bakı. Trend:
İyunun 5-də Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin
(RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir-təftiş
işləri aparılacaq.
Trend xəbər
verir ki, bununla bağlı “Azərişıq” ASC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək
8-ci km Ticarət Mərkəzində, ətraf ərazilərində və Cəmşid
Naxçıvanski küçəsinin bir hissəsində elektrik enerjisinin
verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Lənkəran Elektrik Şəbəkəsi (EŞ) ərazisində bəzi 10
kV-luq hava xətlərində təmir işləri həyata keçiriləcək. Bununla
əlaqədar olaraq fasilə saat 10:00-dan 13:00-dək Şürük, Türkəkəran,
Şıxakəran, Xolmili kəndləri, saat 14:00-dan 16:00-dək Gərmətük,
Aşağı Nüvədi qəsəbələri, Viyən, Şilim kəndlərini əhatə edəcək.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha
keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

