İsrail və “Hizbullah” Livanın cənubunda hücumları davam etdirir

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin vasitəçiliyi ilə İsrail və Livan arasında atəşkəs
razılaşması əldə olunmasına baxmayaraq, İsrail və Livanın “Hizbullah” hərəkatı arasında qarşıdurmalar davam edir.

Trend-in
məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər
verib.




“Tramp administrasiyası iki ölkə arasında yeni atəşkəs
razılaşması əldə etdikdən bir neçə saat sonra İsrail və “Hizbullah”
silahlıları arasında atışma baş verib”, – deyə bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Hizbullah” daha əvvəl İsrail və
Livan hakimiyyəti arasında bağlanmış atəşkəsin şərtləri ilə
razılaşmadığını bildirmişdi.