Rusiya Prezidenti İrana humanitar yardımın çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Baş səhifə

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin İrana humanitar yardımın
çatdırılmasında köməyə görə Prezident İlham Əliyevə minnətdarlığını
bildirib.

Trend-in
məlumatına görə, 29-cu Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu
çərçivəsində beynəlxalq xəbər agentliklərinin nümayəndələri ilə
görüşündə AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyevin sualına
cavabında Rusiya Prezidenti Vladimir Putin deyib: “İrana humanitar
yardım göndərməyimizə kömək etdiyinə görə Prezident İlham Əliyevə
çox minnətdarıq. Azərbaycan tərəfi bu məsələdə çox və səmərəli
işləyib, bütün xahişlərimizə dərhal reaksiya verib və bu, həmin
sahədə də vəziyyətin yumşaldılması üçün çox vacibdir”.