
Bakı. Trend:
Parataekvondo üzrə dünyanın ən reytinqli idmançılarının iştirak
etdiyi Roma Qran-Prisində Azərbaycan milli komandasının üzvləri
uğurla çıxış ediblər.
Trend-in
məlumatına görə, 58 kiloqram çəki dərəcəsində mübarizə aparan Sabir
Zeynalov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək
pilləsinə qalxıb və qızıl medal qazanıb.
70 kiloqram çəki dərəcəsində yarışan İmaməddin Xəlilov isə
yarışın bürünc medalına sahib çıxıb.

