İvitsa Daçiç xəstəxanadan evə buraxılıb

Baş səhifə

Bakı. Trend:

Serbiya Baş nazirinin müavini, daxili işlər naziri və Serbiya
Sosialist Partiyasının lideri İvitsa Daçiç ağır xəstəlikdən sonra
xəstəxanadan evə buraxılıb və tədricən işə qayıtmaq
niyyətindədir.

Trend xəbər verir
ki, bu barədə siyasətçi özünün “İnstagram” hesabında paylaşım
edib.




İvitsa Daçiç bildirib: “Müttəfiqlərimin vaxt və anlayışı tələb
olunacaq ki, mən yalnız strateji, əsas məsələlərə diqqət yetirim,
xalqın həyat və ölümün astanasında olduğum zaman dəstəklədiyi yolu
izləyim”.

O, siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu da
vurğulayıb və xəstəliyi dövründə ona dəstək olan hər kəsə təşəkkür
edib.