Şəmkirdə evdən 18 yaşlı gəncin meyiti tapıldı

Baş səhifə

Şəmkir rayonunda yaşayış evində meyit aşkarlanıb.

Modern.az xəbər verir ki, rayon sakini, 2008-ci il təvəllüdlü E.Əlizadənin meyiti yaşadığı evdə yaxınları tərəfindən tapılıb. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

(APA)