Əfqanıstanda baş verən daşqınlar 17 nəfərin ölümünə səbəb olub

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanın müxtəlif bölgələrində müşahidə olunan güclü
daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 17 nəfər həyatını
itirib.

Trend xəbər verir ki, bu
barədə ölkənin Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə
Milli İdarəsinin sözçüsü Yusuf Hammad məlumat verib.

Bildirilib ki, əlverişsiz hava şəraitinin yaratdığı fəsadlar
nəticəsində 26 nəfər xəsarət alıb. Axtarış-xilasetmə tədbirləri
davam edir və ölənlərin sayının artacağı istisna edilmir.




Təbii fəlakət ölkənin 34 əyalətindən 13-nə, əsasən qərb, mərkəzi
və şimal-qərb bölgələrinə təsir göstərib.

Hammadın sözlərinə görə, güclü hava şəraiti 147 evin tam və ya
qismən dağıdılmasına, 80 kilometr yolun sıradan çıxmasına, həmçinin
kənd təsərrüfatı sahələrinə, suvarma sistemlərinə və müəssisələrə
zərər vurub.

Meteoroloqların proqnozuna əsasən, leysan yağışlar davam edəcək
və ölkənin şərq və mərkəzi hissələrində yeni daşqınlar baş verə
bilər.