Almaniyada rəqs klubunda yanğın baş verib

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Baden-Vürtemberq əyalətinin Kehl şəhərində yerləşən
rəqs klubunda gecə saatlarında baş verən yanğın nəticəsində üç
nəfər xəsarət alıb.

Trend xəbər verir
ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Yanğın zamanı klubda təxminən 750 nəfər olub.




Polis bildirib ki, səhər saat 03:45 radələrində başlayan yanğın
qısa müddətdə bütün binanı bürüyüb.

Hadisə zamanı insanlar vaxtında təxliyə oluna biliblər. Yanğının
səbəbi isə hələlik məlum deyil.