Yanacağın bahalaşması Fransada etiraz aksiyasına səbəb olub

Baş səhifə

Bakı. Trend:

Yaxın Şərqdə baş verən qarşıdurma nəticəsində Fransada yanacağın
qiyməti artıb.

Trend-in
məlumatına görə, bu barədə “Figaro” qəzeti xəbər verib.




Məlumata əsasən, bahalaşmaya etiraz olaraq yük avtomobili
sürücüləri Lyon şəhərində magistralı bağlayıblar. Onlar hökumətdən
bahalaşmaya qarşı ciddi tədbirlər görməyi tələb ediblər. Hadisə
nəticəsində 10 kilometrə çatan tıxac yaranıb. Polisin
müdaxiləsindən sonra hərəkət bərpa olunub.

Marn şəhərində isə fermerlər oxşar tələblə aksiya
keçiriblər.