Azərbaycan neftinin qiyməti 124 dolları ötdü

Baş səhifə

Bakı. Trend:

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1
barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ
dolları təşkil edib.

Trend bu barədə
neft bazarındakı mənbəyə istinadən məlumat verir.




Bildirilir ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri
Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,03 ABŞ
dolları və ya 2,6 % artaraq 117,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65
ABŞ dolları səviyyəsində götürülüb.