Ağsuda törədilən qətlin üstü açılıb.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, martın 23-də rayonun Muradlı kəndində əkin sahəsində zorakılıq əlamətləri olan qadın meyiti aşkarlanıb.
Meyitin rayon sakini Zahirə Şükürovaya məxsus olması müəyyən edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən şəxslər – 1977-ci il təvəllüdlü Ə.Sahabov və 1977-ci il təvəllüdlü S.Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxslər zərərçəkmişlə yaranmış mübahisə zəminində ona qarşı zor tətbiq edərək qətlə yetiriblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

