Bakı. Trend:
Çin eyni daşıyıcı raket vasitəsilə iki uzaqdan müşahidə peykini
orbitə göndərib.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, peykləri daşıyan “Uzun yürüş-2D” raketi Pekin
vaxtı ilə səhər saat 06:51-də Şensi əyalətində yerləşən Tayyuan
kosmodromundan buraxılıb. Uçuş nəticəsində “Siwei Gaojing-2 05” və
“Siwei Gaojing-2 06” peykləri nəzərdə tutulan orbitə uğurla
yerləşdirilib.
Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası tərəfindən
verilən məlumata əsasən, peyklər qurumun törəmə strukturu olan
Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən
hazırlanıb. Onlar yüksək dəqiqlikli radar sistemləri ilə təchiz
edilib və təbii ehtiyatların idarə olunması, ictimai
təhlükəsizliyin təmin edilməsi, fövqəladə vəziyyətlərə operativ
reaksiya, eləcə də dəniz nəzarəti kimi sahələrdə istifadə
olunacaq.
Qeyd edək ki, bu buraxılış “Uzun yürüş” raketlər seriyası
çərçivəsində növbəti — 63-cü missiya kimi qeydə alınıb. Təxminən
40,6 metr hündürlüyə və 3,35 metr diametrə malik olan “Uzun
yürüş-2D” raketi 251 ton qaldırma qabiliyyəti ilə seçilir.

