
Bakı.Trend:
Ağdaşda qazın verilişində fasilə yaranacaq.
Bu barədə Trend-ə “Azəriqaz” İstehsalat Birliyindən məlumat
verilib.
Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş
rayonu ərazisində Ərəb,Hüşün və Kükəl kəndlərini təbii qazla təmin
edən d-159 mm-lik orta təzyiqli qaz xəttində sızma ləğv edilməsi
ilə əlaqədar olaraq 18.03.2026-cı il tarixdə saat 09:30-dan
etibarən işlər yekunlaşanadək cəmi 865 abonentin qaz təchizatının
daxildən dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa
olunacaq.

