Çində poladdan 10 dəfə möhkəm yeni karbon lifi hazırlanıb

Baş səhifə

Bakı. Trend:

Çin Milli Tikinti Materialları Qrupunun mühəndisləri adi
poladdan 10 dəfə daha çox dartılma möhkəmliyinə malik olan T1200
karbon lifini hazırlayıblar.

Trend xəbər verir
ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Məlumata görə, yeni materialın diametri insan saçının
qalınlığının onda birindən azdır. Lif olduqca yüngül və davamlıdır.
Onun sıxlığı poladın təxminən dörddə bir hissəsinə bərabərdir.




Mühəndislər ultra möhkəm lifdən aerokosmik sənaye, pilotsuz uçuş
aparatları və hava taksiləri, eləcə də humanoid robotlar kimi
strateji əhəmiyyətli inkişaf edən sahələrdə istifadə etməyi
planlaşdırırlar.

Bildirilib ki, material artıq yüzlərlə ton həcmində kütləvi
istehsala hazırdır.