Biz davam edən münaqişədə iştirak etmirik – Makron

Baş səhifə

Bakı. Trend:

Fransa Prezidenti Emmanuel Makron Yaxın Şərqdə davam edən hərbi
gərginlik fonunda ölkəsinin mövqeyini açıqlayıb. Bildirib ki,
Fransa hazırda davam edən münaqişədə iştirak etmir.

Trend-in
məlumatına görə, o, bu bəyanatı Fransanın nüvə enerjisi ilə işləyən
“Charles de Gaulle” təyyarədaşıyan gəmisinin göyərtəsində
səsləndirib.




Dövlət başçısı daha əvvəl açıqlamışdı ki, Fransa bölgəyə əlavə
hərbi qüvvələr göndərmək qərarına gəlib. Onun sözlərinə görə,
regiona səkkiz freqat, iki amfibiya helikopterdaşıyan gəmi və
“Charles de Gaulle” təyyarədaşıyan gəmisi yerləşdiriləcək.

Makron bunun məqsədinin bölgədə təhlükəsizliyin qorunması və
vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olduğunu
vurğulayıb.