“Fənərbağça” çətin qələbə qazandı – Türkiyə Superliqası

Baş səhifə

Bakı. Trend:

Futbol üzrə Türkiyə Superliqasında XXV turun daha 4 oyunu baş
tutub.

Trend xəbər verir ki, “Fənərbağça” öz meydanında “Samsunspor” üzərində əzmkar qələbə
qazanıb – 3:2.

İlk hissədən sonra 1:2 hesabı ilə geridə olan İstanbul
təmsilçisi nəticəni öz xeyrinə dəyişə bilib. Əvvəlcə 90-cı dəqiqədə
Dorjeles Nene tarazlığı bərpa edib – 2:2. Son nöqtəni isə əsas
vaxta əlavə olunmuş 5-ci dəqiqədə Sıdıkı Şerif qoyub.




Bu nəticədən sonra xallarını 57-yə çatdıran “Fənərbağça” 2-ci
pillədə qərarlaşıb. “Sarı-lacivərdlilər” lider “Qalatasaray”dan 4
xal geri qalır.

Günün digər matçlarında “Qaziantep” “Fatih Karagümrük”lə, “Konyaspor” “Kasımpaşa” ilə 1:1 hesablı heç-heçə edib, “Rizəspor”
isə “Antalyaspor”u üstələyib – 1:0.