Azərbaycan diplomatları İrandan təxliyə olunub

Baş səhifə

Bakı. Trend:

Azərbaycanlı diplomatların İrandan təxliyəsi həyata
keçirilib.

Trend xəbər verir ki,
ölkəmizin İrandakı diplomatik nümayəndəliyinin əməkdaşları sərhədi
keçərək, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə
təhlükəsiz şəkildə Azərbaycan ərazisinə daxil olub.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər
prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və
sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün
bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə
təyinat istiqamətlərinə yola salınıblar.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə
prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara
uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata
keçirilir.