ABŞ-nin Dubaydakı Konsulluğu yaxınlığında baş verən yanğın lokallaşdırılıb

Baş səhifə
ABŞ-nin Dubaydakı Konsulluğu yaxınlığında baş verən yanğın lokallaşdırılıb

ABŞ-nin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Konsulluğunun yaxınlığında baş verən yanğın lokallaşdırılıb, xəsarət alan olmayıb.

“Report”un məlumatına görə, Dubay rəhbərliyinin mətbuat xidməti bu barədə “X”dəki açıqlamasında bildirib.

Açıqlamaya görə, yanğın diplomatik nümayəndəliyin yaxınlığında dron hücumu nəticəsində baş verib.

“Yanğın uğurla söndürülüb. Xəsarət alan olmayıb”, – açıqlamada qeyd olunur.