BMT Azərbaycanda kəhriz sistemlərinin bərpası üzrə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) arasındakı tərəfdaşlığı yüksək qiymətləndirir.
“Report” xəbər verir ki, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
BMT-nin Azərbaycandakı müvəqqəti rezident-əlaqələndiricisi İqor Qarafuliç əməkdaşlığın prioritet istiqamətləri barədə fikir mübadiləsi aparmaq üçün KOICA-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hvan Sulim ilə görüş keçirib.
“Biz KOICA və IOM arasında Azərbaycanda ənənəvi kəhriz su təchizatı sistemlərinin bərpası vasitəsilə kənd icmalarında suya çıxışın genişləndirilməsinə yönəlmiş möhkəm tərəfdaşlığı yüksək qiymətləndiririk”, – məlumatda bildirilib.
UN RC a.i. @GarafulicIgor was pleased to meet with Ms. Sulim Hwang and the KOICA Azerbaijan team to exchange updates on priority areas of cooperation. We appreciate the strong KOICA – @IomAzerbaijan partnership to help expand access to water in rural communities through the… pic.twitter.com/gW7AlkzckS
— UN in Azerbaijan (@UNinAzerbaijan) February 26, 2026
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

