ABŞ Venesueladan 80 milyon barel neft alıb – Tramp

Baş səhifə

Bakı. Trend:

Venesuela dünya bazarında satış üçün ABŞ-a 80 milyon barel neft
göndərib.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
ABŞ Konqresinin Nümayəndələr Palatasına və Senatına müraciəti ilə
çıxışı zamanı deyib.




“ABŞ-ın neft hasilatı gündə 600 min bareldən çox artıb. Və biz
yeni dostumuz və tərəfdaşımız Venesueladan 80 milyon bareldən çox
neft aldıq”, – deyə o bildirib.

Ötən həftə Ağ Ev rəhbəri Corciyadakı polad zavodunda çıxışı
zamanı ABŞ-ın Venesueladan 50 milyon barel neft aldığını
bildirib.