Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri saxlanıldı

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın ABŞ-dəki keçmiş səfiri, Lord Piter Mandelson
vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək
saxlanılıb.

Trend xəbər verir ki, o,
Londonun şimalındakı Kemdən rayonundakı ünvanında saxlanılaraq
dindirilmək üçün polis bölməsinə aparılıb. Polis bu ayın əvvəlində
P. Mandelsonun hökumətdə nazir vəzifəsində çalışdığı dövrdə dövlət
məlumatlarını məhkum olunmuş maliyyəçi Ceffri Epşteynə ötürdüyü
iddiaları ilə bağlı araşdırmaya başlayıb.




Hazırda polislə Krallıq Prokurorluq Xidməti arasında
məsləhətləşmələr davam edir.

Qeyd edək ki, Piter Mandelson 10 fevral 2025-ci ildən 11
sentyabrdək Böyük Britaniyanın ABŞ-dəkı səfiri vəzifəsində çalışıb.
İddialar ötən ay ABŞ Ədliyyə Nazirliyinin açıqladığı sənədlər, o
cümlədən Mandelson ilə Epşteyn arasında elektron yazışmaların
dərcindən sonra gündəmə gəlib. 2009-cu ilə aid elektron
məktublardan birində onun həmin dövrdə baş nazir Qordon Braun
hökumətinə dair bəzi siyasət tədbirləri, o cümlədən “aktivlərin
satışı planı” barədə qiymətləndirməni Epşteynə ötürdüyü ehtimal
olunur.