Bakı. Trend:
İtaliyada keçirilmiş 2026-cı il Qış Olimpiya Oyunlarının son
medalçıları müəyyənləşib.
Trend xəbər verir
ki, kişilər arasında hokkey turnirinin final qarşılaşmasında ABŞ
millisi Kanada yığmasını əlavə vaxtda 2:1 hesabı ilə məğlub
edib.
Bu nəticə ilə amerikalılar 46 ildən sonra ilk dəfə Olimpiya
çempionu titulunu qazanıblar.
Qeyd edək ki, bu qələbə ABŞ hokkey millisinin tarixində üçüncü
Olimpiya qızılı olub.

