Ukrayna üzrə danışıqların yeni raundu Cenevrədə keçirilə bilər

Baş səhifə
Ukrayna üzrə danışıqların yeni raundu Cenevrədə keçirilə bilər

Ukrayna üzrə danışıqların növbəti raundu yenidən Cenevrədə keçirilə bilər.

“Report” xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

“Hamı yenidən Cenevrəyə yığışa bilər. İsveçrəlilər buna qarşı deyil, bu variant digərlərini da qane edir”, – mənbə deyib.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar fevralın 17-18-də Cenevrədə keçirilib.