Bakı. Trend:
Pakistanda Bakur rayonunda yerləşən nəzarət buraxılış
məntəqəsində (NBM) partlayış törədilib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, hadisə nəticəsində 1 azyaşlı uşaq və 11
təhlükəsizlik qüvvələri əməkdaşı həlak olub, yeddi mülki şəxs
yaralanıb.
İlkin məlumata əsasən, hücumu həyata keçirən terrorçular
mühafizəçilərin onları hərbi şəhərciyə buraxmadığını görərək, içi
partlayıclarla dolu avtomobili NBM-in divarlarına çırpıb və beləcə
partlayış törədiblər
Qanlı hücuma görə məsuliyyəti “Təhriki-Taliban” terrorçu
qruplaşması məsuliyyəti öz üzərinə götürüb. Sözügedən qruplaşma
2022-ci ildə sülhü pozandan bəri hücumlar baxımından fəallaşıb.

