Bakı. Trend:
Terrorizmlə mübarizə aparmaq üçün Nigeriyaya təxminən 100 ABŞ
əsgəri gəlib.
Trend-in
məlumatına görə, bu barədə “Vanguard” qəzeti xəbər verib.
Məlumata əsasən, ABŞ mütəxəssisləri hərbi nəqliyyat təyyarəsi
ilə Nigeriyanın şimal-şərqindəki Borno əyalətinin paytaxtı
Mayduquriyə aparılıb.
Nigeriya Silahlı Qüvvələrinə hədəflənmiş antiterror
əməliyyatlarının aparılmasında təxminən 200 hərbi məsləhətçi,
analitik və təlimçinin kömək etməsi gözlənilir.

