Şəxsin “MediHall Hospital”da ölməsi faktı ilə bağlı araşdırma aparılır

Baş səhifə
Şəxsin MediHall Hospitalda ölməsi faktı ilə bağlı araşdırma aparılır

Bakının Binəqədi rayonu ərazisində yerləşən “MediHall Hospital”da fevralın 10-da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə “Report”a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcək.