Bakı. Trend:
Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov təbii
ehtiyatlar, ekologiya və texniki nəzarət naziri Meder Maşiyevi,
həmçinin fövqəladə hallar naziri Babək Ajikeevi vəzifələrindən azad
edib.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bununla bağlı müvafiq fərmanlar
imzalanıb.
Meder Maşiyev 5 sentyabr 2024-cü ildə nazir təyin olunmuşdu.
Babək Ajikeev isə 2020-ci ildən fövqəladə hallar naziri vəzifəsini
tuturdu. O, 3 fevral 2021-ci ildə Ulukbek Maripovun hökumətinin
tərkibində yenidən Fövqəladə Hallar Nazirliyinə rəhbərlik edib,
2021-ci ilin oktyabrında isə yeni Nazirlər Kabineti
formalaşdırılarkən vəzifəsini qoruyub saxlamışdı.
Kadr islahatının səbəbləri rəsmi məlumatlarda qeyd edilməyib.
Bundan əvvəl Sadır Japarov Absattar Sırqabayevi nəqliyyat və
kommunikasiyalar naziri vəzifəsindən azad edib.

