Kir Starmer Britaniyanın Baş naziri vəzifəsində qalmaqda israrlıdır

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın bBaş naziri Kir Starmer tutduğu vəzifədə
qalmaqda israrlı olduğunu bəyan edib.

Trend bu barədə
xaric KİV-ə istinadən xəbər verir.




“Biz sübut etməliyik ki, siyasət xeyirxah bir qüvvə ola bilər.
Mən buna inanıram. Mən bunun mümkün olduğuna inanıram. Elə buna
görə də bu nöqtədən irəli gedəcəyik, inamla addımlayacağıq və
ölkəmizi dəyişdirməyə davam edəcəyik”, – deyə o, komandasının
üzvlərinə müraciətində bildirib.

Qeyd edək ki, son bir neçə gün ərzində Birləşmiş Krallığın
Nazirlər Kabinetinin iki nüfuzlu üzvü istefa verib. Əvvəlcə Aparat
rəhbəri Morqan Maksuini vəzifəsini tərk edib. Bu qərarın səbəbi
amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluq münasibətlərində olmuş
Piter Mandelsonun ABŞ-yə səfir təyin edilməsi ətrafında yaranmış
qalmaqal olub. Baş nazirin aparatının keçmiş rəhbəri bu seçimin
səhv olduğunu bildirərək, qəbul edilən qərara görə məsuliyyəti öz
üzərinə götürüb. Onun ardınca Starmerin ictimaiyyətlə əlaqələr üzrə
xidmətinin direktoru Tim Allan da istefa verib.