Pxuket sahillərində 14-ü təhlükəli maddə olmaqla 290 konteyner daşıyan gəmi batıb.
“Report” xəbər verir ki, bu barədə Pxuket əyalət administrasiyasının informasiya mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, Panama bayrağı altında üzən 4 339 tonluq “Sealloyd Arc” gəmisi Ko Keo Noy adası yaxınlığında batıb.
Təhlükəli maddələrin olduğu konteynerlərin əksəriyyəti gəmi ilə birlikdə batıb, bəziləri isə hələ də fəlakət zonasında üzür.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

