Banqladeşdə Nipah virusundan ilk ölüm qeydə alındı

Baş səhifə

Bakı. Trend:

Banqladeşdə Nipah virusu səbəbindən ilk ölüm hadisəsi baş verib.
Ölən 40-50 yaşlarında qadın olub.

Trend xəbər verir
ki, xəstə yanvar ayında qızdırma, şiddətli başağrısı,
dezorientasiya və qıcolma simptomları ilə xəstəxanaya
yerləşdirilib.




Müalicəyə baxmayaraq, onun vəziyyəti sürətlə pisləşib və bir
həftə sonra vəfat edib. Nümunələrdə Nipah virusu yalnız ölümündən
bir gün sonra aşkar edilib.

Məlumata görə, qadın səyahət etməsə də, yoluxmuş yarasaların
ifrazatı ilə çirklənmiş çiy xurma şirəsi içib. Qadınla təmasda
olmuş 35 nəfər tibbi müşahidə altındadır və indiyə qədər onların
Nipah testləri mənfi çıxıb.