KİV: ABŞ vitse-prezidenti fevralın 9-da Ermənistana səfər edəcək

Baş səhifə
KİV: Vens fevralın 9-10-da Ermənistan və Azərbaycana səfər edəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens fevralın 9-da Ermənistana səfər edəcək, növbəti gün isə Azərbaycana səfər həyata keçirəcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Bildirilib ki, onun Ermənistana səfərinin hazırlanması məqsədilə ABŞ-dən nümayəndə heyəti gəlib. Nümayəndə heyəti Ermənistanda 2 həftə qalacaq.