
Bakı. Trend:
Avropa Komissiyası (AK) sualtı kabel xəttlərinin
təhlükəsizliyinin təmin olunmasına 347 milyon avro ayırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“Avropa Komissiyası dəniz kabelləri ilə bağlı strateji
layihələrə, o cümlədən onların təmiri imkanlarının artırılması
məqsədilə 20 milyon avro dəyərində tenderə ümumilikdə 347 milyon
avro vəsait ayırıb”, – AK-nın mətbuat xidməti bildirib.
Qeyd olunub ki, bu tədbirlər “Avropa İttifaqının sualtı rabitə
infrastrukturuna aid riskləri azaldacaq”.
AK-da yeni təmir vasitələrinin alınmasından başqa, bu vəsait
hesabına hansı konkret layihələrin maliyyələşdiriləcəyi
açıqlanmayıb.

