Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulacaq

Baş səhifə
Kişi voleybolçuların Yüksək Liqasında XII tura yekun vurulacaq

Kişi voleybolçuların Yüksək Liqasında XII tura bu gün yekun vurulacaq.

“Report” xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma baş tutacaq.

Saat 16:00-da “Neftçi” “Murov Az Terminal”la, 18:00-da isə “Ordu” “Xilasedici” ilə üz-üzə gələcək.

Hər iki matç Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.