İsraildə miqrasiya göstəriciləri açıqlandı

Baş səhifə

Bakı. Trend:

İsrailin Mərkəzi Statistika Bürosu “İsraillilərin beynəlxalq
miqrasiyası: ölkəni tərk edən və geri qayıdan İsrail vətəndaşları”
mövzusunda 2024-cü ilə dair məlumatları açıqlayıb.

Trend İsrailin
TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, 2024-cü
ildə 82 min 774 İsrail vətəndaşı ölkəni tərk edən miqrant kimi
qeydə alınıb. Bu göstərici 2023-cü ildəki 59 min 366 nəfərlə
müqayisədə 39,4 faiz çoxdur.

Eyni dövrdə ölkəyə qayıdan İsrail vətəndaşlarının sayı 24 min
150 nəfər olub ki, bu da 2023-cü illə müqayisədə 18,4 faiz azalma
deməkdir.




2025-ci ilin ilkin məlumatları xaricə köçən israillilərin
sayının 2024-cü illə müqayisədə azaldığını göstərsə də, bu rəqəm
2023-cü ildən əvvəlki illərin göstəricilərindən hələ də yüksəkdir.
Eyni zamanda, geri qayıdanların sayı 2024-cü ildən əvvəlki onillik
dövrdəki orta göstəricidən aşağıdır.

Hesabat dövründə ölkəni tərk edənlərin səviyyəsi hər min nəfərə
8,5 nəfər, geri qayıdanların səviyyəsi isə hər min nəfərə 2,5 nəfər
təşkil edib.