ABŞ-ın İrana qarşı yeni zərbələri bir neçə gün davam edə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İrana qarşı yeni hücumun həyata
keçirilməsi barədə göstəriş verib. Zərbələrin artıq bu həftəsonu
başlanacağı və bir neçə gün davam edəcəyi ehtimal olunur. Bu barədə
The Wall Street Journal (WSJ) qəzeti mənbələrə istinadən məlumat
yayıb.

Məlumata görə, Tramp yaxın ətrafına dəfələrlə şikayət edib ki,
İranla imzalanmış qarşılıqlı anlaşma memorandumu heç bir nəticə
verməyib və mənasız olub. Qəzet qeyd edir ki, İran da Vaşinqtona
etimad göstərmir və Trampın hərbi gücdən istifadə ilə bağlı
hədələri diplomatik nizamlanma imkanlarını daha da zəiflədir.




Bundan əvvəl CBS News telekanalı ABŞ və İsrailin bu həftəsonu
İranın enerji infrastrukturuna genişmiqyaslı zərbələr endirməyə
hazırlaşdıqlarını bildirmişdi. Məlumata görə, hücumların əsas
hədəfləri neft emalı zavodları və elektrik stansiyaları ola
bilər.