
Bakı. Trend:
İspaniyanın “Real Madrid” klubu ilə Almaniyanın “RB Leypsiq”
komandası arasında aparılan növbəti danışıqlardan sonra Kot-d’İvuar
milli komandasının vingeri Yan Diomandın transferi ilə bağlı yekun
razılıq hələ də əldə olunmayıb. Bu barədə Almaniyanın nüfuzlu Bild
nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, “RB Leypsiq” “Real Madrid”in futbolçu
üçün etdiyi 100 milyon avro və 115 milyon avro məbləğində iki
təklifi geri çevirib. Bildirilir ki, Almaniya klubu hazırda 120
milyon avro zəmanətli ödəniş və bonuslarla birlikdə məbləğin 135
milyon avroya çatmasını tələb edir.
Bundan əvvəl tanınmış transfer insayderi Fabrizio Romano Yan
Diomandın Madrid təmsilçisinin yeni futbolçusu olacağını
bildirmişdi. Onun sözlərinə görə, transferin dəyəri 100 milyon
avronu ötəcək.
Yan Diomand 2025-ci ildən “RB Leypsiq”in formasını geyinir. O,
2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxaraq 13
qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalının qiymətləndirməsinə əsasən, futbolçunun
bazar dəyəri 90 milyon avro təşkil edir. Onun Almaniya klubu ilə
qüvvədə olan müqaviləsinin başa çatmasına daha dörd il qalır.
Son dünya çempionatında Yan Diomand dörd oyunda iştirak edib və
bir məhsuldar ötürmə müəllifi olub.

