
Şirvanda baş verən qəzada 4 nəfər ağır yaralanıb
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan-Salyan yolunun Şirvan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Salyan rayonunun Qarabağlı kənd sakini, 2005-ci il təvəllüdlü Xankişiyev Vüsal Taleh oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil “VAZ 21015” markalı avtomobillə toqquşub. Nəticədə Avtomobillərdə olan Salyan rayonunun Qarabağlı kənd sakinləri, 2000-ci il təvəllüdlül Həsənov İsmayıl Səmədağa oğlu, 2010-cu il təvəllüdlü Qurbanov Cəfərağa Coşqun oğlu, 2005-ci il təvəllüdlü Qurbanov Xəyyam Mansur oğlu və 2004-cü il təvəllüdlü Qurbanov Xəyal Mansur oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Qəza zamanı işıqlanma elektrik və internet dirəyi aşıb, internet xətti qırılıb.
Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

