İstanbuldan uçan Tehran təyyarəsi Ankaraya təcili eniş etdi

Baş səhifə

Bakı. Trend:

İstanbul-Tehran reysini həyata keçirən “AJet” şirkətinə məxsus
şərnişin təyyarəsi Ankaraya təcili eniş etdi.

Trend-in
məlumatına görə, İstanbul Sabiha Gökçen Hava Limanından İranın
paytaxtı Tehrana uçan “Boeing 737” təyyarəsi Kırşehir şəhəri
üzərində təcili vəziyyət elan etdi.




Məlumata əsasən, təyyarə Ankaranın Esenboğa Hava Limanına eniş
etdi.