Xersonda Rusiyanın bombardmanı nəticəsində Azərbaycan vətəndaşı həlak olub

Baş səhifə
Xersonda Rusiyanın bombardmanı nəticəsində Azərbaycan vətəndaşı həlak olub

Ukraynanın Xerson vilayətində bir kəndin bombardman edilməsi nəticəsində 60 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, yanvarın 29-da, Xerson vilayətinin Mikolskaya kəndinə Rusiya ordusuna dron və mərmi hücumları nəticəsində ərazi darmadağın olub.

Ölənlər arasında, kənd sakini 1966-cı il təvəllüdlü, əslən Azərbaycanın Beyləqan rayonundan olan Qasımov Həsən Qiyas oğlu da həlak olub.

H.Qasımov uzun müddətdir bu kənddə yaşayıb, şəxsi təsərrüfatı ilə məşğul olurmuş.