Bakı. Trend:
Çində futbolda oyun alqı-satqısı və korrupsiyaya qarşı tədbirlər
çərçivəsində 73 nəfəri futboldan ömürlük uzaqlaşdırıb və doqquz
yüksək liqa klubunun xalı silinib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Cəzalandırılanlar arasında Çin milli komandasının sabiq baş
məşqçisi və “Everton”un keçmiş futbolçusu Li Te, eləcə də Çin
Futbol Assosiasiyasının (CFA) sabiq prezidenti Çen Süyüan da
var.
2019–2021-ci illərdə milli komandaya rəhbərlik etmiş Li və Çen
milyonlarla dollar məbləğində rüşvət almaqda təqsirli biliniblər.
Li 20 il müddətinə azadlıqdan məhrum edilib, Çen isə ömürlük həbs
cəzası alıb.

