Futzal üzrə Azərbaycan Kubokunda 16 komanda iştirak edəcək

Baş səhifə
Futzal üzrə Azərbaycan Kubokunda 16 komanda iştirak edəcək

Futzal üzrə Azərbaycan Kubokunda 16 komanda iştirak edəcək.

Bu barədə “Report”a Azərbaycan Futzal Federasiyasından bildirilib.

1/8 final mərhələsindən strat götürəcək yarışda PFL, “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Şuşa”, U-19, “Lənkəran”, “Baku Fire-2”, “STAR kargo”, “Yeni Suraxanı”, “Timsport”, “Xan-Lənkəran”, “Dəstə Ordubad”, “Trabzon Azərbaycan”, “Ulduz” və “Atletiko Baku” iştirak edəcəklər.

Hər mərhələ bir görüşdən ibarət olacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun püşkatma mərasimi fevralın 3-də, AFFA-nın inzibati binasında keçiriləcək.