Suraxanıda avtoxuliqanlıq edən sürücü həbs edildi

Baş səhifə

Bakı. Trend:

Suraxanı RPİ-nin DYP Şöbəsinin əməkdaşları tərəfindən yol
hərəkəti qaydalarını kobud şəkildə pozub avtoxuliqanlıq edərək
digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə
yaradan “Chevrolet” markalı 90-YD-239 dövlət qeydiyyat nişanlı
nəqliyyat vasitəsinin sürücüsü Elçin Aşurəliyev saxlanılıb.

Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.




Bildirilir ki, sürücü barəsində Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokol
tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə sürücü E.Aşurəliyevin nəqliyyat vasitəsini
idarəetmə hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka
inzibati qaydada həbs edilib.